IQNA

N.Çomski:

"Səudiyyə Ərəbistanı İŞİD və "Nusra Cəbhəsi"nin arxasında dayanan əsas gücdür"

12:44 - September 05, 2016
Xəbər sayı: 3480763
Tehran, 05.09.2016 - ABŞ-ın tanınmış akademiki Noam Çomski qərbin Riyad hökumətinin terrorçuları dəstəklədiyini bir daha dilə gətirib.



İQNA-nın verdiyi xəbərə görə, Noam Çomski bildirib ki, qərb bunu bilsə də görməməzlikdən edir.

Səudiyyə Ərəbistanının Yaxın Şərqdəki dağıdıcı addımlarını sərt şəkildə tənqid edən Noam Çomski, bu ölkənin radikal terrorçularla sıx əlaqədə olduğunu da sözlərinə əlavə edib.

"İŞİD və "Nusra Cəbhəsi" terrorçu qruplaşmasının arxasında dayanan əsas güc Səudiyyə Ərəbistanıdır. ABŞ və qərb ölkələri təəssüf ki, bunu bilib susur", - deyə Çomski qeyd edib.

Mənbə: eastnews

captcha