İQNA xəbər
verir ki, bunu İraq DİN-in sərhəd-buraxılış məntəqələri idarəsinin rəhbəri Sami
Əl-Sudani deyib.
O deyib ki, bu bir milyon zəvvarlar Mehran-Zərbatiyə sərhəd buraxılış məntəqəsindən keçib. "İranlı zəvvarlar İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzlin (ə) hərəmində "Ərəfə" ziyarəti mərasimində iştirak etəmək üçün İraqa səfər edib.
İraq KİV-ləri yazıb ki, Səudiyyə rejimi bu il iranlı hacıları Allah evini ziyarət etməkdən məhrum etidyi üçün iranlı zəvvarlar Seyyidüş-Şühədanın hərəmində "Ərəfə" ziyarətini oxumağa üstünlük veriblər. (maide.az)