IQNA

Rəy əl-Yəvm qəzeti yazdı:

Ali Səudun anti-İran müftisi işdən kənarlaşdırılacaq

7:13 - September 13, 2016
Xəbər sayı: 3480789
Tehran, 13.09.2016 – Ərəbistanın anti-İran müftisinin təhqiramiz və irqçi çıxışları Ali Səud sarayı üçün başağrısı olmağa başlayıb.


















İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk TV kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, Ərəbistanın anti-İran baş müftisinin təhqiramiz və irqçi çıxışları Ali Səud sarayı üçün başağrısı olmağa başlayıb. Buna görə də Ərəbistanın baş müftisinin əvəzinə Ərəfə gününün xütbəsini "məscidul-həram"ın xətibi Əbdür-Rəhman Südeys oxudu.

"Ər-Rəy əl-Yəvm" qəzetinin internet portalı yazdı: Ərəbistanın baş müftisi Əbdül-Əziz Ali- Şeyx bu 35 illik vəzifədə olduğu dövrdə ilk dəfə olaraq Ərəfə günü xütbəsini oxumaqdan imtina etdi və bəhanə etdi ki, səs tellərində problem yarandığı üçün nitq söyləyə bilməyəcək.

Bir müddət öncə "Məkkə qəzeti" ilə müsahibəsində iranlıları qeyri-müsəlman və məcus (atəşpərəst) adlandırmış bu Ali Səud saray müftisinin Ərəfə günü kimi mühüm bir gündə xütbə oxumaqdan imtina etməsi zehnlərdə suallar yaratmış və şübhələr doğurmuşdur.

"Ər-Rəy əl-Yəvm" qəzetinin internet portalı Ərəbistanın mühüm xəbər qaynaqlarına istinadla yazır: Deyilənlərə görə, Ali Səud sarayının müftisi Ərəbistan padşahı Salman ibn Əbdül-Əziz göstərişinə əsasən Ərəfə günü xütbə oxumayıb ki, İran əleyhinə etdiyi çıxışın mənfi nəticələri bir az aradan qalxmış olsun. Çünki baş müftinin anti-İran çıxışı və iranlıları təkfir etməsi Ərəbistanın daxil və xaricində etiraz və müxalifət dalğaları yaratmışdı.

Ehtimal olunur ki, Ərəbistan baş müftisi icbari şəkildə təqaüdə göndəriləcək. Çünki "Məscidul-Həram"ın xətibi Əbdür-Rəhman Südeys Ərəfə günü xütbəsində Ali-Şeyxin 35 illik çəkdiyi zəhmətlər babətindən təşəkkür də etmişdi.

Bundan əlavə "Məkkə qəzeti"nə də bu müsahibəni yaydığı üçün etiraz və tənqidlər səngimək bilmir. Buna görə də "Məscidul-Həram"ın xətibi Əbdür-Rəhman Südeys Ərəfə günü xütbəsində etiraz və narazıçılıqları yatırtmaq üçün dedi ki, İslam dini e`tidal və orta yol dinidir. O, insanların fikrini bu məsələdən yayındırmaq üçün İslami ölkələrin başçılarını Fələstini himayə etməyə çağırdı. Halbuki bu mövzi Ali Səud sarayında heç bir əhəmiyyət daşımır və bundan əlavə də Ərəbistan İsrail ilə öz əlaqələrini adiləşdirməyə çalışır və Ərəbistan heyətləri işğal olunmuş Fələstin torpaqlarında sionist rejimin məsul məqamları ilə görüşlər keçirirlər.

http://iqna.ir/fa/news/3529761


captcha