IQNA

Rum "Dünyanın mərkəzində bir ibadət ocağı" toplantısına evsahibliyi edəcək

12:03 - September 15, 2016
Xəbər sayı: 3480800
Tehran, 15.09.2016 – İtaliyanın paytaxtı Rum şəhəri cari ayın 27-də keçiriləcək "Dünyanın mərkəzində bir ibadət ocağı: Məkkəyə ziyarət səfəri..." toplantısına evsahibliyi edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər agentliyi) "rome.icro" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İtaliyanın paytaxtı Rum şəhəri "Dünyanın mərkəzində bir ibadət ocağı: Məkkəyə ziyarət səfəri; tarix, mənəviyyat və müasir dünyanın faciələri" devizi ilə cari ayın 27-də keçiriləcək toplantıya evsahibliyi edəcək.

Məlumatda deyilir ki, bu toplantı Rumun yerli vaxtı ilə günortadan sonra saat 16:00-da Rum şəhərinin universitetlər yerləşən ərazisində "GLUBUS" hotelinin toplantı salonunda keçiriləcəkdir.

Bu toplantıda Əbu əl-Vəlid Əzrəqinin qələmə aldığı "Kəbə; Dünyanın mərkəzində bir idadət ocağı" kitabının təqdimat mərasimi keçiriləcəkdir. Əsalətən məkkəli olan kitabın müəllifi hədis alimidir, tarixçidir və Rum şəhərinin "Biliklər Evi" beynəlxalq araşdırmalar mərkəzinin iftiraxi rəisidir.

Əbu əl-Vəlid Əzrəqi bu toplantıda özünün "Ziyarət səfərinin mənəvi mənası" adlı elmi məqaləsini də iştirakçılar üçün oxuyacaqdır.

Rum şəhəri şiələrinin "Əl- Məhdi Cəmiyyəti"nin camaat imamı Höccətul- İslam vəl- müslimin Əbul- Fəzl İmami də bu toplantıda "müqəddəs məkanlara ziyarət səfərləri zamanı xidmətlərin göstərilməsi və təhlükəsizliyin qorunması" adlı məqaləsini qiraət edəcəkdir.

رم؛ میزبان همایش «عبادتگاهی در مرکز جهان»

http://iqna.ir/fa/news/3529836


Teqlər: iqna ، rum ، italiya ، ziyarət ، məkkə
captcha