IQNA

Bəhreyn din alimləri Ali Xəlifə rejiminə xəbərdarlıq etdi

11:39 - September 18, 2016
Xəbər sayı: 3480814
Tehran, 18.09.2016 – Bəhreyn İslam Alimləri Şurası Ali Xəlifə rejimini ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın mühakiməsi məsələsində xəbərdarlıq edib.

Bəhreyn din alimləri Ali Xəlifə rejiminə xəbərdarlıq etdi


Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Deyerler.org-a istinadla xəbər verir ki, bəyənatda Ayətullah İsa Qasımın dini vacibatları yerinə yetirməsi və vətəndaşlıq hüquqlarından məhrum edilməsi mövzusunda Ali Xəlifə rejimi qınanılıb.

Bəhreyn din alimləri Ali Xəlifə rejimindən hesablarını bir daha nəzərdən keçirib, ağıl və məntiqlə hərəkət etməsi və yalan mühakimələrindən əl çəkməsi və bütün xalqın maraqlarını nəzərə alması tələb olunub.

Bəhreynli İslam Alimləri Şurasının bəyənatında, Bəhreyn və xalqının gələcəyinin davam edəcəyini, ancaq zalım rejimin məhv olacağı qeyd olunub.

Dünən səhər və axşam saatlarında Bəhreyndə ölkəboyu Ali Xəlifə rejiminə qarşı etiraz aksiyaları təşkil olunub. Nümayişçilər Ayətullah İsa Qasım başda olmaqla din alimlərinə qarşı qondarma məhkəmə qərarlarının ləğv edilməsini tələb ediblər.

captcha