İQNA - Ustad Muhəmməd Siddiq Minşəvi (1920-1969) Misirin
Minşah şəhərində dindar bir ailədə dünyaya göz açmışdı. Atası Şeyx Siddiq Minşəvi
Quran tilavətinə görə heç vaxt əcr və mükafat tələb etməyən zahid məslək qarilərdən
biri idi. Muhəmməd də bu əxlaq ilə yetişib Quran tilavətini yalnız bu müqəddəs
kitabla bağlı olduğu üçün seçdi. O, atasının təlim və təşviqi ilə Quran maarifini
və müxtəlif qiraətləri öyrənməyə başladı. Minşəvi elə həmin başlanğıcdan Quranı
kamil surətdə hifz etməyə başladı. 9 yaşından etibarən Misir Ərəb radiosundan
mübarək Ramazan ayında tilavətlərinin yayınlanması ilə şöhrət tapdı. Belə ki,
Misirin məşhur qarilərindən biri kimi tanındı.
Tilavət tərzi, gözəl səs, mülayim və həzin avaz, düzgün tələffüz və qüvvətli bəyan
mərhum Minşəvinin qiraətinin xüsusiyyətlərindəndir. O, İslam dünyasının böyük
iftixarlarından və müxtəlif Quran avazlarının yaradıcılarından hesab olunur.
Ustad bu səs çarxında mübarək Nəhl surəsindən bir neçə ayəni
tilavət etmişdir.