İranın Məlayər şəhərində təşkil
edilən mərasimdə çıxış edən Qasim Süleymani şəhidlərin ölkə təhlükəsizliyinin
qarantı olduğunu vurğulayıb.
İran və İraq arasında baş tutan döyüşdən danışan Qasim Süleymani, ölkənin bu gün şəhidlərə minnətdar olduğunu diqqətə çatdırıb. ABŞ prezidenti Barak Obamanı tənqid edən Qasim Süleymani belə danışıb: "Obama ordularında homoseksuallığı qanuniləşdirib. Biz buna görə onlara hörmət etmək məcburiyyətində deyilik".
"Bəzilərinin düşmənlərə dost deməsi yolverilməzdir. İslam düşmələri ilə dostluq etmək xəyanətdir", deyə Qasim Süleymani vurğulayıb.
Mənbə: eastnews