IQNA

Qazaxıstanda müsəlman geyimləri festivalı keçirilib

14:02 - September 28, 2016
Xəbər sayı: 3480845
Terhan, 28.09.2016 – Qazaxıstanın paytaxtı Almatıda "Sisters Baazar-2016", müsəlman geyimləri festivalı keçirilib.

Qazaxıstanda müsəlman geyimləri festivalı keçirilib

İQNA, Maide.Az-a istinadla xəbər verir ki, festivalda digər dinlərin nümayəndələri ilə birlikdə yüzlərlə insan iştirak edib.

Tədbirin keçirilməsindən məqsəd uzaq bölgələrdə yaşayan müsəlmanlara islam modasını nümayiş etməkdir.

Festival zamanı əsas diqqət qazaxıstanlı istehsalçıların təqdim etdiyi geyimlərin üzərində olub.

Festival təşkilatçılarından Zeyli Kalkulova bildirib ki, burada nümayiş olunan geyimlər, təkcə müsəlman qadınlar üçün yox, bütün qadınlar üçün nəzərədə tutulub. İndi gözəl geyimləri əsasən istedadlı müsəlman dizaynerlər tikirlər.

Festivalda Çeçenistan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan nümayəndələri də təmsil olunurlar.

captcha