Terhan, 02.10.2016 – Lənkərandakı həbslərlə bağlı yayılan məılumat təsdiqini tapmayıb. Belə ki, Lənkərandan verilən məlumata görə, inanclılar həbs olunmayıb.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, Lənkəranda dindarların həbs olması ilə bağlı məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, bir neçə dindar saxlanıldıqdan sonra sərbəst buraxılıb və bir neçəsinə İXM-nə əsasən sutkalıq həbs verilib.
Qeyd edək ki, xəbər ilk öncə sosial şəbəkələrdə, sonra bəzi saytlarda yayılmışdı.
Onu da qeyd edək ki, xəbəri yayan saytlarda bu məlumatı təkzib ediblər.
İslamazeri.az