IQNA

Əbdülməlik əl-Husi Aşura günü münasibətiylə çıxış edib

13:34 - October 13, 2016
Xəbər sayı: 3480887
Terhan, 13.10.2016 – “Ənsarullah” hərəkatının rəhbəri Əbdülməlik əl-Husi Aşura günü münasibətiylə çıxış edib.


Əbdülməlik əl-Husi Aşura günü münasibətiylə çıxış edib


Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki,
Səud rejiminin cinayətlərinə toxunan Husi bildirib:

"Səud rejiminin ABŞ-ın dəstəyi ilə Yəmən xalqından istədiyi, Yezidin islam ümmətindən isətdiyinin eynisidir. Yəmən xalqı bu gün Səud rejiminin zülmüylə qarşı qarşıyadır. Səud rejimi islam ümmətində münafiqlik bayrağını daşıyır və ümmətin dəyərlərini aradan aparmaq niyətindədir. Biz cinayətkarlara təslim olaraq həm dünyamızı, həm də axirətimizi əldən verə bilmərik. Səud rejimi bizim qanımızı halal bilir və minlərlə vətəndaşımızı qətlə yetirib. Lakin bizim mövqeyimiz daha da möhkəm olub. Yəmən xalqının günahı isə insani və əxlaqi dəyərlərə sadiq qalmasıdır. Amerikalılar öz növbələrində ən böyük cinayətləri törədir, daha sonra isə özlərini xilaskar kimi qələmə verirlər. Düşmənin hədəfi Yəmənin bütövlüklə işğal olunmasıdır. Belə bir vəziyyətdə BMT-yə ümid bəsləmək olmaz. Biz "Hizbullah”a, xüsusən Seyid Həsən Nəsrullaha qardaşyana mövqe sərgilədiyinə görə minnətdarıq.”

captcha