AİP-in Azərbaycan xalqına, mömin və möminələrə Aşura mərasimində göstərdikləri yüksək coşqu, İmam Hüseynə(ə) əməlləri ilə ifadə etdikləri sonsuz və sönməz sevgi münasibətilə minnətdarlıq edib. "İslaminSesi”nə daxil olan müraciətdə deyilir:
Allah-təala bəşəriyyətin xilası üçün göndərdiyi İslam dinini cəmiyyətə çatdırmaq və yaymaqdan ötrü Məhəmmədi (s) Öz elçisi - peyğəmbər seçdi. O zaman ki, müşriklər, yezid kimilər (Allah onlara lənət etsin) hakimiyyətə yiyələndilər İslam dininin aradan getməsi prosesi başlandı. Allah-təala bu dəfə İslamı qorumaq və yenidən bəşəriyyətə olduğu kimi təqdim etmək üçün Həzrət Hüseyni(ə) seçdi. Bu səbəbdən Kərbəla hadisəsi ilə bütün bəşəriyyət üçün həm yenilməz bir məktəb yarandı, həm də Quran və Peyğəmbər(s) Əhli-Beyti günümüzə və qiyamətə qədər yaşamaq, sevilmək haqqı qazandı.
Əziz
xalqımıza zərif və incə qəlbində Allaha, İslam Peyğəmbərinə və İmam Hüseynə(ə)
bu sevgini, bu məhəbbəti yaşadıb qoruduğu üçün Azərbaycan İslam Partiyası
olaraq səmimi təşəkkürümüzü bildiririk. Dünyanın hər yerində olduğu kimi,
ölkəmizdə də keçirilən Aşura mərasimi və xalqımızın, sadə insanların, mömin və
möminələrin bütün çətinlik və bəzi yersiz yasaqlara baxmayaraq bu mərasimdə pak
niyyətlə, heç bir çağırış, dəvət olmadan iştiraka can atmaları bir daha sübut
etdi ki, İmam Hüseyn(ə) eşqini qəlblərdən heç nə silə bilməyəb və bilməz.
Ölkəmizin pir və məscidlərində bu gün də Məhərrəm ayının ayin və ziyarət
mərasimləri davam edir. Bəzi müdaxilələrə baxmayaraq böyüklü-kiçikli hər kəs bu
günlərin xeyirli gələcəyindən bəhrə aparmaq istəyində, arzusundadır.
Torpaqlarımızın 20 faizinin işğal altında qaldığı indiki məqamda xalqımız üçün
İmam Hüseyn(ə) məktəbinin, Kərbəla hadisəsinin insanlığa verdiyi unudulmaz
dərsin nəticələrinin qiymətsiz əhəmiyyəti vardır. Xoşbəxt qövm odur ki, bu
neməti doğru, düzgün dərk etsin və əmələ çevirsin.