IQNA

Yəməndə humanitar fəlakət qorxusu

11:26 - October 19, 2016
Xəbər sayı: 3480905
Terhan, 19.10.2016 – Yəməndə təxminən iki ildir Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində davam edən qarşıdurmalara görə artan yoxsulluq və aclığın yaxın gələcəkdə insan fəlakətinə çevrilməsindən qorxulur.

Yəməndə humanitar fəlakət qorxusu

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadən xəbər verir ki,Yəmən Araşdırmalar və İqtisadi Media Mərkəzinin sədri Mustafa Nəsr, verdiyi açqlamada bildirib ki, paytaxt Səna, Hudaydə, Haccə, Marəb, Taiz, Ədən və Hadramevt vilayətlərində qıtlıq müşahidə olunur. Xüsusilə Hudaydə və Haccə ciddi qıtlıq təhlükəsi ilə qarşı-qarşıyadır. Ölkədəki qarşıdurmalar həyatı iflic edib. Yəmənlilərin gəlir mənbələrinin dayanmasına səbəb olub. Xüsusilə də dolanışıqlarını gündəlik işlərlə təmin etməyə çalışan yoxsul təbəqə Səudiyyənin bu təcavüzünün törətdiyi fəsadlardan bilavasitə təsirlənib.

Səudiyyə rejimi və müttəfiqlərinin Yəmənə qarşı 2015-ci ilin mart ayının 26-dan başladılan təcavüzkar hücumlarda indiyə qədər 8 mindən artıq mülki şəxsin həlak olduğu qeyd olunub.

Teqlər: yəmən ، humanitor ، fəlakət ، iqna ، quran ، İkna
captcha