Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Ali Rəhbər Ayətullah Xamenei dünən Bosniya və Herseqovinanın prezident şurasının sədri Baqir İzzər Beqoviç ilə görüşüb.
Görüşdə Ayətullah Xamenei bildirib ki, Qərb dövlətlərinin terrorizmə qarşı koalisiyaları həqiqi mübarizə koalisiyası deyil.
"Baxmayaraq ki, bəzi vaxtlar bu koalisiyalar bəlkə terrorçularla bir başa döyüşədə girirlər, lakin onlar İraqda və Suriyada terrorizmin kökünü kəsmək niyyətində deyillər. Onların pis siyasətləri və çirkin planları nəticəsində bəşəriyyətin problemləri gündən günə artır.”
Ayətullah Xamenei bu vəziyyətin yaxşılaşdırılması və müalicəsi üçün problemlərin baş vermə səbəbini tanımaq və onların həlli üçün ciddi iradənin olmasının zəruriliyini vurğulayıb.
"Müsəlman gənclərin bəzi güclü və imkanlı Avropa ölkələrində təhqir olması həmin gənclərin İŞİD kimi yolunu azmış terror qruplaşmalarına qoşulmasına zəmin yaradır. Bu təhqir olmuş gənclər Avropaya qayıtdıqdan sonra partlayışlar və qətliamlar törədirlər.”
Ayətullah Xamenei bəzi Qərb dövlətlərin terrorizmi artıran və ifratçılığı alovlandıran siyasətlərlə mübarizə aparılmasının zəruriliyini vurğulayıb. " Müstəqil ölkələr əlaqələrini möhkəmləndirməlidir, hegemon dövlətlərin siyasətlərindən təsirlənməməlidir ki, fikir ayrılıqları həl etsinlər və qarşıdurmaların alovunu söndürsünlər”.
Ayətullah Xamenei bildirib ki, təkfirçilk və terrorizm dalğası artıq Avropaya da keçib və ehtimal olunur ki, gələcəkdə vəziyyət bundan da pis olsun. "Bu fenomenin doğulduğu yer zahirdə ərəb bölgəsidir. Lakin həqiqətdə Amerika və bəzi Avropa ölkələri bu hadisələrin baş verməsinin əsas səbəbkarıdırlar”.
Ayətullah Xamenei İran və Bosniya və Herseqovinanın dostluq əlaqələrinin bu ölkədəki ağır müharibə dövründən möhkəmləndiyini vurğulayıb və deyib ki, bir millətin inkişafı, çiçəklənməsi və həyatının bütün elementlərini yerinə yetirməsi üçün zəruri olan əsas məsələ sabitlik və təhlükəsizliyin təminidir.