Abdullah əl-Muhaysəni şəxsi "Twitter" hesabından verdiyi açıqlamada "Bir gecə yuxumda dostların hüzurunda Quran oxuyarkən birdən mənə yeni bir ayə endirildi və bu yeni gələn ayə də Qurani-Kərimin son səhifəsində yer aldı", - deyə qeyd edib.
Allahdan ona vəhy gəldiyini iddia edən hakim "Mən və dostlarım yeni endirilən ayəni görüncə göz yaşlarımıza boğulduq. Yuxumda o ayəni vurğuladım. Tam o anda tanımadığım biri mənə tərəf gələrək, Allah Suriya xalqını peyğəmbəri təhqir etdiyi üçün cəzalandırıb dedi", - iddiasını irəli sürüb.
Sosial mediada mübahisəyə yol açan Abdulla əl-Muhaysəninin bu iddiası həm də məsxərə obyektinə çevrilib. Mövzu ilə əlaqədar olaraq bəzi "Twitter" istifadəçiləri tərəfindən bölüşülən qeydlərdə Səudiyyənin Suriyadakı cinayətlərini ört-basdır etmək məqsədilə bu cür iddiaları gündəmə gətirdiyi bildirilib.
Mənbə: IQNA / eastnews