IQNA

Ərbəinə görə İran-İraq sərhədi 24 saatlıq iş rejiminə keçib

9:12 - October 29, 2016
Xəbər sayı: 3480936
Tehran, 29.10.2016 – Ərbəin ziyarəti yaxınlaşdıqca İran-İraq sərhədində də izdiham gedərək artır.


Ərbəinə görə İran-İraq sərhədi 24 saatlıq iş rejiminə keçib


Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran, Şələmçə və Çəzabə sərhəd buraxılış məntəqələrindən gediş-gəliş edə bilərlər.

Zəvvarların gediş-gəlişini asanlaşdırmaq və zəvvarların sıxlığını aradan qaldırmaq məqsədi ilə Şələmçə sərhəd keçid məntəqəsində xidmət göstərən polislərin və nəzarətçilərin sayı artırılıb. Mehran buraxılış məntəqəsində sıxlıq həddən artıq olduğu üçün zəvvarlar bu sərhəd buraxılış məntəqəsindən də gediş-gəliş edə bilərlər.

Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etidyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 20 noyabr tarixinə təsadüf edir.

Teqlər: Ərbəin ، iran ، İran-İraq ، quran ، iqna ، İkna
captcha