İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslami Əlaqələr və Mədəniyyət Təşkilatı"nın rəsmi xəbər və informsiya blokuna istinadla verdiyi xəbərə görə, keçən həftənin cüməaxşamı günü, Oktyabr ayının 27-də, İİR-nın Bakıdakı Mədəniyyət İşləri İdarəsinin və Azərbaycanın "Qafqaz Media Birliyi"nin təşəbbüsü və Əhl-Beyt (s) dostları olan aydın xanımların iştirakı ilə "İslamda qadının rolu" toplantısı keçirildi.
Bu toplantıda İİR-nın Bakıdakı Mədəniyyət İşləri İdarəsinin rəisi Seyid İbrahim İbrahimi çıxışı zamanı qadının İslamda, cəmiyyətin inkişafındakı roluna işarə edib, Quran-Kərimin və İslamın rolunu bu barədə açıqladı və "Nisa" surəsinin xanımların dindəki uca məqamı barədə nazil olduğunu vurğuladı.
Seyid İbrahim İbrahimi - İİR-nın Bakıdakı Mədəniyyət İşləri İdarəsinin rəisi, Həzrət Xədicə (s), Həzrət Zəhra (s), Həzrət Fatimə (s) və Həzrət Zeynəbin (s) bərəkətli və mənəvi yaşam tərzinin bütün dünya xanımları üçün ən gözəl nümunə olduğuna işarə edərək, İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullah Üzma İmam Xomeyninin (r.ə) qadının əzəməti barəsində sözünü vurğuladı: "Kişi qadının qucağından meraca ucalır".
İİR-nın Bakıdakı Mədəniyyət İşləri İdarəsinin rəisi bu çıxışında İslam dinin qadına verdiyi dəyərdən, qadının ailə və cəmiyyətdə rolundan danışdı, Həzrət Zeynəbin (ə) Kərbəla qiyamının nəticəyə çatmasında roluna və Həzrət Xədicənin (s) İslamın ilk günlərindən öz var-dövlətini din üçün xərcləməsinə işarə edərək qadının İslam dininin təbliğində ifa edəcəyi təsirini vurğuladı.
Toplantının davamında digər qonaqlar, o cümlədən Azadə Taleyeva – Qafqaz Media Birliyinin sədri, Qadın, Kərbəla və din münasibətləri barədə çıxış etdi.
http://iqna.ir/fa/news/3541546