IQNA

APA xəbər agentliyinin ofis rəisi:
17:45 - November 10, 2016
Xəbər sayı: 3480980
Tehran, 10.11.2016- APA xəbər agentliyinin ofis rəisi İslami ölkələrin media sahəsində həmkarlığının və İslami ölkələrdə qarşılıqlı media qərargahlarının yaradılmasının bir zərurət olmasını vurğuladı

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tehranın 22-ci beynəlxalq mətbuat sərgisinin keçirildiyi "İmam Xomeyni (r.ə) müsəllası"nda cari ayın 7-də "Müsəlman ölkələri arasında əlaqələrin genişləndirilməsi və dövlətlər arasında əlaqələri korlayan şayiələrin qarşısının alınmasında medianın qurucu və konstruktiv rolu" toplantısı keçirildi.

Bu toplantıda çıxış edən Azərbaycanın APA xəbər agentliyinin Tehran ofisinin rəisi Süleyman Fərzəliyev çıxışı zamanı İran İslam Respublikası və Azərbaycan cümhuriyyətinin qədim keçmişə malik tarixi, milli və dini əlaqələrinə işarə edərək dedi: Hər iki ölkə müştərək tarix, mədəniyyət və dinə sahibdirlər. Bu amillər səbəb olmuşdur ki, hər iki ölkənin hərtərəfli əlaqələri uzun illər yüksək səviyyədə qorunub saxlansın və bu əlaqələr bu gün yeni mərhələdə və beynəlxalq səviyyədə davam etdirilsin.

Azərbaycanın APA xəbər agentliyinin Tehran ofisinin rəisi Süleyman Fərzəliyev medianın müsəlman ölkələrinin əlaqələrinin genişləndirilməsində konstruktib rola ifa edə biləcəyini vurğulayaraq dedi: Bu gün dünyada media və kütləvi informasiya vasitələri diplomatik əlaqələr səviyyəsində inkaredilməz təsirli bir rola malikdirlər. Buna görə də İslami ölkələr mətbu və virtual media aləmində yaranmış mövcud münbit şəraitdən ən yaxşı şəkildə faydalanmalıdır. Media sahəsindən istifadə edərək əlaqələrini ən yüksək səviyyədə yaxşılaşdıra biləcək müsəlman ölkələrindən biri də Azərbaycan və İrandır.

Süleyman Fərzəliyev müsəlman ölkələrində qarşılıqlı media ofislərinin yaradılmasının əsassız şayiə və yalanların qarşısının alınmasında mühüm rol oynaya biləcəyinə işarə edərək dedi: APA Xəbər Agentliyinin nəzdində fəaliyyət göstərən "APA" informasiya portalı və "APA TV" internet kanalı keçən illər ərzində İran İslam Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə İrana səfərlər etmiş və iki ölkənin əlaqələrinin yaxşılaşması yönündə effektiv xəbərlər hazırlamış və yaymışdır. İran və Azərbaycanın dostluğunu gözü götürməyən düşmənlər iki ölkənin əlaqələrinə zərbə vurmaq və cəmiyyətdə fikri çaşğınlıq yaratmaq üçün iki ölkəyə düşmən olan media vasitələrindən istifadə edirlər ki, bu, bizim üçün yolverilməz və qəbuledilməzdir. Bu media əlaqəsi düşmənlərin iki ölkənin arasını vurmaq üçün hazırladığı planları və hiylələri nütfədə boğa bilər.

APA xəbər agentliyinin Tehran ofisinin rəisi Süleyman Fərzəliyev çıxışının sonunda İran İslam Respublikası rəsmilərinə iki ölkənin media əlaqələrinin genişləndirilməsində həmkarlıq etdikləri üçün təşəkkür etdi.

http://iqna.ir/fa/news/3544231


Ad:
E-poçt:
* Comment:
* captcha: