IQNA

Sovetlərin dağıtdığı məscid yenidən inşa edildi

9:27 - November 12, 2016
Xəbər sayı: 3480984
Tehran, 12.11.2016 - Belarusun paytaxtı Minskdə 54 il əvvəl Sovet rejimi tərəfindən dağıdılan Minsk məscidi, Türkiyənin köməyi ilə yenidən inşa edilib.


Sovetlərin dağıtdığı məscid yenidən inşa edildi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadən xəbər verir ki, Təxminən 100 min müsəlmanın yaşadığı Belarusda, 1890-ci ildə inşa edilən ancaq SSRİ dövründə yerinə otel tikilməsi üçün sökülən Minsk məscidi, Türkiyə Diyanət Vəqfi tərəfindən yenidən tikilib.

Məscidin tikintisinə 2014-cü ildən başlanılıb və yaxın vaxtlarda məscidin rəsmi açılışı olacaq.

Teqlər: sovyet ، məscid ، iqna ، İkna
captcha