IQNA

17:13 - November 12, 2016
Xəbər sayı: 3480987
Tehran, 12.11.2016- Quran-Kərimin eşitmə əlilləri üçün işarə dili ilə hazırlanmış ilk təfsiri Şarcənin 35-ci Beynəlxalq Kitab Sərgisində vitrinə qoyuldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-İmarat əl-yəvm" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Quran-Kərimin eşitmə əlilləri üçün işarə dili ilə hazırlanmış ilk təfsiri Şarcənin 35-ci Beynəlxalq Kitab Sərgisində vitrinə qoyuldu.

Eşitmə əlilləri üçün işarə dili ilə xüsusi hazırlanmış bu Quran-Kərimin təfsir nüsxəsi sərgidə iştirak edən "Quran-Kərimin Qorunması birliyi"nin kitab köşkündə tamaşaya qoyulub. İşarə dili ilə yazılmış bu nüsxə dünyada eşitmə əlilləri üçün hazırlanmış ilk təfsir nüsxəsidir.

Quran-Kərimin eşitmə əlilləri üçün təfsir nüsxəsi 15 sıxılmış bərk disk formasında İordaniyanın "Quran-Kərimin Qorunması birliyi"nin nəzarəti altında və BƏƏ-nin Şarcədə həmkarlığı ilə istehsal edilib.

Bu 15 ədəd bərk diskin ehtiva etdiyi müddət 60 saatdır ki, bu müddətdə Quran-Kərimin ayələri qulaqdan əlillər üçün işarə dili ilə təfsir edilib və həmçinin təfsirdə İslam və Ərəb dünyasının ən mötbər hədis və təfsir kitablarından istifadə olunub.

Ayətlərin məna və məfhumunu çox asan və sadə şəkildə çatdırması bu təfsirin əsas özəlliyidir və elə bu məsələ də basi olub ki, tez bir zamanda çoxlu tərəfdar qazanıb.

Eşitmə əllilləri üçün işarə dili ilə hazırlanmış Quran-Kərimin bu təfsiri hazırda bütün dünyada Quransevər eşitməyənlər və eşitmə əlilləri üçün yeganə ümid yeridir.

Qeyd edək ki, Şarcənin 35-ci beynəlxalq kitab sərgisi cari həftənin 3-cü günü dünyanın 60 ölkəsindən 1681 naşirin iştirakı ilə öz işinə başlayıb və bu gün öz işinə yekun verəcəkdir.

http://iqna.ir/fa/news/3545033


Ad:
E-poçt:
* Comment:
* captcha: