IQNA

10:07 - November 13, 2016
Xəbər sayı: 3480988
Tehran, 13.11.2016 - İşğal olunmuş Qüdsün sakinləri sionist rejim tərəfindən fələstinlilərin mənzillərinin dağıdılmasına etiraz olaraq aksiya keçiriblər.


İşğal olunmuş Qüdsdə `İsrail`ə qarşı aksiya

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, cümə günü Qüdsdə fələstinlilərin dağıdılmış mənzillərinin yanında keçirilən bu aksiyanın iştirakçıları şüarlar səsləndirərək sionist rejimin fələstinlilərin mənzillərinin dağıdılmasına dair siyasəti davam etdirməsini pisləyiblər.

Sionist rejim Fələstinin əhali quruluşunu sionistlərin xeyrinə dəyişmək üçün öz ekspansionist siyasətlərinin davamında onların mənzillərini dağıdır və ərazilərini müsadirə edir.

Digər tərəfdən sionist rejim ordusunun qüvvələri Qəzza zolağında fələstinlilərə hücum edərək atəşkəsi bir daha pozublar. Bu hücumda sionist hərbçilərin atəş açması nəticəsində 4 fələstinli yaralanıb.

Sionist rejim 2014-cü ildə Qəzzada atəşkəslə bağlı razlıaşmanı imzaladığı zamandan indiyədək dəfələrlə atəşkəsi pozub.

Teqlər: İşğal ، Qüds ، İsrail ، aksiya ، iqna ، Quran ، fələstinlilər
Ad:
E-poçt:
* Comment:
* captcha: