IQNA

10:05 - November 15, 2016
Xəbər sayı: 3480998
Tehran, 15.11.2016- Keçən həftənin bazar günü İranlı azyaşlı Quran hafizi xanım Hənnanə Xələfinin iştirakı ilə Dubayda Quran-Kərimlə üns məclisi keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin bazar günü BƏƏ-də keçirilən xanımlar üçün ilk beynəlxalq Quran yarışlarının haşiyəsində bu yarışlarda iştirak edən iranlı azyaşlı Quran hafizi xanım Hənnanə Xələfinin iştirakı ilə Dubayda Quran-Kərimlə üns məclisi keçirildi.

MəhəmmədRza PurMüin – İİR-nın İslami İrşad və Mədəniyyət Nazirliyinin Quran və İtrət müavinliyinin nəzdində fəaliyyət göstərən "Quran-Kərim xadimləri birliyi"nin katibi İQNA ilə müsahibəsində bu xəbər elan edərək dedi: Bu üns məclisi Dubayın "Tövhid Təlim Kompleksi"də və min nəfər iranlı qız və oğlan tələbənin iştirakı ilə keçirildi.

BƏƏ-nin xanımlar üçün ilk Quran-Kərim yarışlarında iranlı Quran hafizəsi xanım Hənnanə Xələfini müşayət edən PurMüin əlavə etdi: Hənnanə Xələfi Dubayda keçirilən üns məclisində Quran hifzi və tilavəti üzrə bir sıra proqramlar icra etdi və bu proqramlar iştirakçılar tərəfindən maraqla qarşılandı.

MəhəmmədRza PurMüin vurğuladı: Keçən kecə (14.11.2016) də xanım Hənnanə Xələfi bu ölkədə yaşayan iranlı ailələrin qonağı olacaq və Dubayda iranlıların yaşadığı yaşayış kompleksində Quran proqramları icra edəcəkdir.

Qeyd edək ki, BƏƏ-də "Şeyxə Fatimə bint Mübarək" adına xanımlar üçün ilk dəfə keçirilən beynəlxalq Quran yarışları cari ilin Noyabr ayının 6-da 70 ölkənin iştirakı ilə öz işinə başlayıb və cari ayin 18-dək davam edəcəkdir.

http://iqna.ir/fa/news/3545934








Ad:
E-poçt:
* Comment:
* captcha: