IQNA

FBİ elan etdi:
21:03 - November 15, 2016
Xəbər sayı: 3481003
Tehran, 15.11.2016- ABŞ-ın federal polisi dünən özünün illik hesabatında elan edib ki, müsəlmanlara qarşı nifrətdən doğan və İslamofobiya yönlü cinayətlərin sayı Amerikada 70% çoxalıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "anadolu" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın federal polisi dünən, 14.11.2016-cı il, özünün illik hesabatında elan edib ki, müsəlmanlara qarşı nifrətdən doğan və İslamofobiya yönlü cinayətlərin sayı Amerikada 70% çoxalıb.

Amerika Federal polisinin keçən ilin cinayətləri barədə verdiyi hesabata görə, bu ölkədə keçən il ümumi cinayətlərin sayı 7% çoxalıb. Bu çoxalmanın isə 70% -i İslamofobiya və müsəlmanlar əleyhinə nifrətdən doğan cinayətlərin payına düşür.

Keçən illərdə Amerika cameəsində yaşayan müsəlmanların islamofobiya və müsəlmanlara qarşı nifrətdən doğan cinayətlərlə bağlı etdiyi şikayətlərin də sayı bu hesabatın doğruluğunu təsdiq edir.

FBİ- ın verdiyi hesabat göstərdi ki, keçən il müsəlmanlar əleyhinə nifrətdən doğan cinayətlərin sayı 11 sentyabr hadisəsindən dərhal sonra baş verən İslamofob cinayətlərdən də çox olub.

Amerika - İslam Əlaqələri Şurası bəyaniyyə yayaraq elan etdi: Müsəlmanlar əleyhinə durmadan və gözlənilmədən artan irqi, dini və milli ayrıseçkilik və təəssübkeşlik Amerikanın dövlət başçıları, xüsusilə də Donald Trampın tərəfindən ən şiddətli şəkildə məhkum edilməlidir.

Qeyd edək ki, Donald Tramp keçən ilin prezidentlik seçkilərinə rəqabət kampaniyası zamanı müsəlmanlar əleyhinə çıxışlar etmişdi və buna görə də ABŞ-da artmaqda olan müsəlmanofob cinayətlər birbaşa Donald Tramp ilə əlaqələndirilir.

http://iqna.ir/fa/news/3546118

Ad:
E-poçt:
* Comment:
* captcha: