IQNA

9:51 - November 21, 2016
Xəbər sayı: 3481017
Tehran, 21.11.2016 - Nigeriya Islami Hərəkatı hökumət qüvvələrininn bu hərakata məxsus binaları dağıtmasını pisləyib.


Nigeriya hökuməti hüseyniyyələri dağıtdı

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Mərkəzi hökumət bu addımı ilə vətəndaşların dini ayinlər və ibadətləri yerinə gətirməkdə qanunun onlara verdiyi hüquqlarını pozur.

Son illər Nigeriyada Əhli-Beyt (ə) ardıcıllarına təzyiqlər artmaqdadır.

Nigeriya İslami Hərəkatına qarşı təzyiqlər ötən ildən başlayıb. Belə ki, Nigeriya ordu qüvvələri 2015-ci ilin dekabr ayında Nigeriya İslami Hərəkatının rəhbəri Ayətullah Şeyx İbrahim Zəkzakinin evinə hücum etdi və onu yaralayaraq həbs etdi. Şeyx Zəkzaki bu hücum zamanı 7 güllə yarası aldı və gözünün biri görmə qabiliyyətini tamamilə itirdi. O, hələdə həbsdə saxlanlılır.

Nigeriya rəsmiləri şənbə günü (noyabrın 19-da) Nigeriya İslami Hərəkatına təzyiqlərin davamında bu hərəkata məxsus binaları dağıdıb.

Nigerya İslami Hərəkat rəsmiləri elan edib ki, bu binaların sökülməsi Nigeriya konistitusiyasının açıq şəkildə pozulması deməkdir. Konistitusiya insanlara dini ayinləri azad şəkildə yerinə gətirməyi öz vətəndaşlarına icazə verir.

Nigeriya İslami Hərəkatın üzvlərindən Əbdülmömini Giva deyib ki, Nigeriya İslami Hərəkatı Zariya şəhərində Fuadiyyə və Saminaka hüseyniyyələrinin dağıdılmasını pisləyir. "Bu hökumətin qanunsuz addımıdır. Hökumət bu addımı ilə bütün qanunları pozur”.

Qeyd edək ki, Nigeriya ordusu bir neçə gün öncə Kano şəhərində Ərbəin yürüş iştirakçılarına atəş açmışdı. Bu hücum zamanı 100 nəfərin şəhid olduğu bildirilir. Şənbə günü isə təhlükəsizlik qüvvələri Zariya Şəhərində Saminka hüseyniyyəsini və Fuadiyyə İslami Məktəbini dağıdıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: