IQNA

Səudiyyə Ərəbistanında bir hacının cəsədi tapılıb

11:15 - November 22, 2016
Xəbər sayı: 3481026
Tehran, 22.11.2016 - Səudiyyə Ərəbistanında bu ilki həcc mərasiminə iştirak edən bir hacının cəsədi neçə ay sonra tapıld.


Səudiyyə Ərəbistanında bir hacının cəsədi tapılıb

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, Səudiyyə Ərəbistanında çıxan bir qəzet, Ərəbistanlı bir vətəndaşın keçən Cümə axşamı günü (17 noyabr) Müzdəlifədə bir hacının cəsədini tapdığını və bu mövzunu polisə bildirdiyini açıqladı.

Alınan məlumata görə cəsədin bəzi qisimləri çürümüşdü.

Qəzet bu mövzuyla əlaqədar araşdırmaların başlamasına işarə edərək cəsədin bu il Həcc mərasiminə iştirak edən Asiyalı bir hacıya aid olma ehtimalının olduğunu təsdiqlədi.

Ərəbistanlı səlahiyyətlilərin Həcc mərasiminə iştirak edən hacıların təhlükəsizliyi mövzusundakı laqeydliyi və Mina faciəsi kimi müxtəlif hadisələrin təkrarlanması bir çox ölkə tərəfindən tənqid olunan bir mövzudur.

captcha