IQNA

Məsqətdə İmam Əli (ə) və İmam Sadiqə (ə) mənsub Quran nüsxələri sərgiyə qoyuldu

22:31 - November 22, 2016
Xəbər sayı: 3481031
Tehran, 22.11.2016- Omanın paytaxtı Məsqətdə keçirilən "İslami hüsnxətt" sərgisində İmam Əli (ə) və İmam Sadiqə (ə) mənsub Quran nüsxələrindən bəzi səhifələr sərgiyə doyuldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "times of Oman" qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Omanın paytaxtı Məsqətdə keçirilən "İslami hüsnxətt" sərgisində İmam Əli (ə) və İmam Sadiqə (ə) mənsub Quran nüsxələrindən bəzi səhifələr sərgiyə doyuldu.

Hindistanın Omanda keçirdiyi festivalda Hindistan səfirliyi Omanın paytaxtı Məsqətdə "İslami hüsnxətt" sərgisi təşkil edib.

Bu sərgi dünən, həftənin birinci günü, Noyabr ayının 21-də başlayıb və Dekbar ayının ilk günlərinədək davam edəcəkdir.

Sərgiyə giriş bütün qonaqlar üçün pulsuzdur.

Bu sərgidə Quran-Kərimdən seçilmiş ayələrin hüsnxətt ilə xəttatlıq nümunələri olan 40 incəsənət nümunəsi tamaşaya qoyulub.

Sərgidə nadir Quran xəttatlıq nümunələri, o cümlədən məsum imamlara mənsub əlyazma nüsxələr mövcuddur.

Bu sərgidə mövcud nüsxələrin hamısı nadir xəttatlıq nümunələridirlər ki, Hindistanın Rampur şəhərinin 1774-cü ildə təsis edilmiş "İmam Rza (ə) kitabxanası"na məxsusdur.

Bu kitabxana Hindistanın İslami incəsənət əsərləri xəzinəsi sayılır.

http://iqna.ir/fa/news/3547942


Teqlər: iqna ، oman ، məsqət ، sərgi ، xəttatlıq ، hüsnxətt
captcha