IQNA

Azərbaycanlı incəsənətçi xanım Tünzalə Məhəmmədzadə;
11:15 - November 23, 2016
Xəbər sayı: 3481036
Tehran, 23.11.2016- Azərbaycanlı süsləmə ustası və əlişləri üzərə incəsənətçi xanım Tünzalə Məhəmmədzadə Quran ayələrini ipək parçadan səhifələr üzərində qızıl və gümüşdən istifadə edərək yazdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi)www.dailysabahqəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Azərbaycanlı süsləmə ustası və əlişləri üzərə incəsənətçi xanım Tünzalə Məhəmmədzadə Quran ayələrini ipək parçadan səhifələr üzərində qızıl və gümüşdən istifadə edərək yazdı.

Bu 33 yaşlı azərbaycanlı xanım 50 metr şəffaf ipək və qızıl və gümüşdən hazırlanmış bir letr yarım mürəkkəbdən istifadə edərək 3 il müddətində Quran-Kərimi ipək səhifələr üzərində yazdı.

Rəssam və süsləmə əl incəsənəti ustası Tünzalə Məhəmmədzadə bu barədə dedi: Türkiyənin Dini İşlər Nazirliyinin (Diyanət Bakanlığı) rəsmi icazəsini alıqdan sonra, bu nazirliyinin təsdiq etdiyi Quran nüsxəsi əsasında Quran-Kərimi 33x29 sm. ölçüdə şəffaf ipək parçalar üzərinə yazmağa başladım.

Tünzalə xanım bu işə marağı barədə dedi: Quran-Kərimin kitabəti barədə bir sıra tədqiqatlar apardıqdan sonra bu nəticəyə çatdım ki, Quran ayələri indiyədək müxtəlif əşyalara üzərinə yazılmışır, amma ipək parça üzərində işlənməmişdir.

O əlavə etdi: Quran-Kərimdə ipək haqqında danışılıb. Buna görə də Qurani-Kərimi ipək üzərinə yazmağı İslami qanunlara zidd hesab etmirəm.

Tünzalə Məhəmmədzadə Türkiyənin "Mərmərə" universitetinin İncəsənət tarixi fakültəsinin tələbəsidir.

O, bu layihəni başa vurduğu üçün xoşhal olduğunu dildirərək dedi: Allaha şükr edirəm ki, Quran ayələrini ipək üzərinə yazan ilk şəxs oldum.

http://iqna.ir/fa/news/3548167

Xəbərlə bağlı fotoları görmək üçün aşağıdakı linkə keçin: 

"Quran-Kərim ipək paçra üzərinə yazıldı"


Ad:
E-poçt:
* Comment:
* captcha: