IQNA

16:43 - November 24, 2016
Xəbər sayı: 3481041
Tehran, 24.11.2016- Dünya Quran yarışlarının Quran-Kərimin hifzi üzərə birincilərinin beynəlxalq yarışları Qətərdə keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərin "Şeyx Casim ibn Məhəmməd ibn Sani" adına Quran yarışlarının icraçı komitəsi dünya Quran yarışlarının Quran-Kərimin hifzi üzərə birincilərinin beynəlxalq Quran yarışlarında iştirak edəcək ölkələrin adını açıqladı.

"əş-Şuruq" xəbər və informasiya portalının yaydığı məlumata görə, Quran-Kərimin hifzi üzərə beynəlxalq yarışların müxtəlif ölkələrdən olan birincilərinin ilk beynəlxalq yarışları Qətərin paytaxtı Duhe şəhərində keçiriləcəkdir.

Quran-Kərimin hifzi üzərə dünya birincilərin ilk beynəlxalq yarışları cari həftənin bazar günü, Noyabr ayının 27-də başlayacaq və Dekabr ayının 6-dək davam edəcəkdir.

Qətərin "Şeyx Casim ibn Məhəmməd ibn Sani" adına Quran yarışlarının icraçı komitəsi bu barədə xəbər verərək elan etdi: Bu yarışların keçirilməsi üçün bütün hazırlıqlar başa çatmışdır və artıq yarış iştirakçıları bu gündən ölkəyə daxil olmağa başlamışlar. Yarışlarda Asiya, Avropa və Afrikanın müxtəlif ölkələrindən beynəlxalq yarışlarda Quran-Kərimin hifzi üzərə birinci yerləri qazananlar iştirak edəcəklər.

Bu komitə elan etdi: Dünyanın 21 ölkəsindən 37 nəfər Quran hifzi birincisi, o cümlədən Qətər, Ərəbistan, Misr, Fələstin, Əlcəzair, Tunis, İordaniya, Küveyt, Sumali, Liviya, Sudan, Bəhreyn, Mərakeş, Mavritaniya, Banqladeş, Nigeriya, Çad, Mali, Türkiyə, Malaziya və Kameron, bu yarışlarda iştirak edir.

Qeyd edək ki, bu yarışlar, yəni beynəlxalq yarışlarda birinci yerləri qazananların beynəlxalq görüşləri, bundan sonra hər üç ildə bir dəfə keçiriləcəkdir.

http://iqna.ir/fa/news/3548382


Ad:
E-poçt:
* Comment:
* captcha: