IQNA

İrandan Kuba xalqına başsağlığı

8:35 - November 27, 2016
Xəbər sayı: 3481053
İran Prezindenti Həsən Ruhani, Kuba inqilabinin lideri Fidel Kastronun vəfatı mübasibəti ilə başsağlığı verib.


İrandan Kuba xalqına başsağlığı

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, İran Prezindenti Həsən Ruhani, Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa başsağlığı məktubu göndərib.

Verilən məlumta görə, məktubda deyilir:

"Bismillahirrəhmanirrəhim

Hörmətli cənab Sədr!

Kuba inqilabinin lideri qardaşınız Fidel Kastronun vəfatı bizi olduqca kədərləndəndirdi.

Zümle məruz qalan millətlərin sülh, ədalət və azadlıq kimi ən bariz insani dəyərlərin pozulması səbəbi ilə acı çəkdiyi bu əsirdə nə yaxşı ki azadlıq və ədalət bayrağının könüllərdə yüksəlməsi üçün həyatlarının sonuna qədər mübarizəyə davam edən belə insanlar var.

Bu ağır itki ilə əlaqədar sizə və Kuba xalqına öz adımdan və İran xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

captcha