IQNA

15:03 - November 30, 2016
Xəbər sayı: 3481073
Anonim hakerlər qrupu İsrailin 2-ci və 10-cu televiziya kanallarının proqramlarını dayandıraraq işğal olunmuş ərazilərdə törədilmiş yanğınları görüntüləyib Azan səsi ilə birlikdə yayıma veriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "əl-Məyadin" peyk tv kanalı dünən, 29 Noyabr 2016-cı il, axşama yaxın İsrail mediasına istinadla xəbər verib ki, işğalçı rejimin 2-ci və 10-cu televiziya kanalları kosrsanlaşdırılıb, proqramların adi gedişi dayandırılıb və daha sonra isə son zamanlarda işğal olunmuş ərazilərə fələstinlilərə qarşı törədilmiş yanğınların görüntüləri Azan səsi ilə birlikdə yayıma gedib.

"ƏRƏB 48" siyasi xəbərlərin təhlili informasiya portasının verdiyi məlumatda deyilir ki, anonim hakerlər qrupu İsrailin 2-ci və 10-cu televiziya kanallarını korsanlaşdıraraq proqramlarının yayınını dayandırıblar və işğal olunmuş ərazilərdə törədilmiş yanğınlardan və Əl-Əqsa məscidinidən fotoları görüntüləyərək Əqsa məscidinin azan səsi ilə birlikdə yayıma veriblər.

Məlumatda deyilir ki, adı keçən kanallarda hakerlər tərəfindən yayımlanan videoda İbri dilində "İlahi cəza" yazılıb.

Qeyd edək ki, anonim hakerlər bu addımı İsrail rejiminin işğal olunmuş ərazilərdə Azan qadağası layihəsinə cavab olara atıblar. Bu layihəyə əsasən işğalçı rejim Qüdsdə Azanın, dini və milli ismarıcların səsucaldıcılar ilə verilməsinə və həmçinin əhalinin toplantıya və namaza səsucaldıcılar ilə çağırılmasına qadağa qoymaq istəyir.

İsrail rejimi bu layihəni həyata keçirmək üçün səsucaldıcılardan gələn səslərin guya "səs çirkliliyi" və vətəndaşlar üçün narahatçılıq yaratdığını bəhanə edir.

Teqlər: İQNA ، İsrail ، Haker ، Azan ، qüds
Ad:
E-poçt:
* Comment:
* captcha: