IQNA

Rəbiul-Əvvəl ayının 3-də İmam Rza (ə) hərəmində günbəzin bayrağı dəyişildi

8:12 - December 06, 2016
Xəbər sayı: 3481089
Mübarək Rəbiul- Əvvəl ayının 3-cü gününün Günəş şəfəqlərinin yeri saçması ilə eyni zamanda İmam Rzanın (ə) hərəmində günbəzin qara bayrağı çıxarlılaraq yerinə yaşıl bayraq taxıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) müqəddəs Məşhəd şəhərindən verdiyi xəbərə görə, İmam Əli ibn Musa ər-Rza (ə) hərəminin rəsmi informasiya portalının yaydığı məlumatda bildirilir ki, iki ay əzadarlıqdan sonra, keçən həfətnin şənbə günü, 3 noyabr 2016-cı il, mübarək Rəbiul- Əvvəl ayının 3-də, Günəş şəfəqlərinin yeri işıqlandırması ilə eyni zamanda Saminul-Əimmə İmam Rzanın (ə) "Şəms əş- Şümus" malikanəsinin də qızılı günbəzinin qara bayrağı çıxarılaraq " نصر من الله و فتح قریب - nəsrun minəllah və fəthun qərib" - (düşmənlərə qələbə üçün kömək Allahdandır və qələbə günü yaxındır) - ayəsi ilə bəzədilmiş həmişəki yaşıl bayraq yerinə taxılmışdır.

İsmət və təharət Əhl-Beytinin (ə) əzadarlıq günləri münasibəti, İmam Hüseynin (ə) ehtiramı və Məhərrəm və Səfər aylarını qarşılama məqsədi ilə hər il Zil-Həccə ayının 30-da İmam Rzanın (ə) hərəminin günbəzinə qara bayraq taxılır və mübarək məzarına və zərihinə qara örtük çəkilir.

Keçən həftənin şənbə günü, 63 gün əzadarlıqdan sonra günbəzin qara bayrağı və zərihin qara örtüyü İmam Rza (ə) hərəminin "seyyid" xidmətçilərinin iştirakı ilə həmişəki yaşıl bayraq və örtük ilə əvəz olundu.

Həmçinin müqəddəs hərəmin bütün eyvanlarındakı qara bayraqlar toplandı və "nəqarəxanə"lərini yenidən Günəş şəfəqlərinin ilk saçışında səsləndilər.

http://iqna.ir/fa/news/3550382


Teqlər: iqna ، İmam rza ، məşhəd ، yaşıl ، qara ، günbəz ، zərih
captcha