İQNA-nın (Beynəlxalq Quran Xəbər
Agentliyi) verdiyi xəbərə görə, "kitab bürcü" layihəsi Almaniyanın
Hamburq şəhərində uşaqlar və yeniyetmələrin arasında kitab oxuma mədəniyyətinin
yayılması və genişlənməsi üçün icra halındadır. Bu layihənin simvolu
"kitab çətiri" Hamburqun meri tərəfindən İmam Əli (ə) İslam Mərkəzinin
rəisi və camaat imamı Ayətullah Ramazaniyə verilmişdi ki, Hamburq uşaqları və
cavanları minarələrin yüksəkliyi və mənəviliyi qədər kitaba da yüksək dəyər
versinlər və müqəddəs gözlə baxsınlar.
Bu dəfə isə Hamburqun təhsil ocaqlarının və bağçalarının 120 nəfər şagird, tərbiyəçi və müəllimlərinin iştirakı ilə keçirilən rəsmi mərasim çərçivəsində "kitab çətiri" simvolu Hamburqun baş keşisi və yepiskopu Dr. Stefan Hayesə təhvil verildi.
"Kitab bürcü" layihəsi çərçivəsində uşaqlar üçün təlif olunan kitablardan biri də "Göy məscidin sehirli minarələri" kitabıdır ki, İslam, Məsihlik və Yəhudilik barəsində məlumat verir və dinlər arası dialoqdur.
Mərasimdə çıxış edən İmam Əli (ə) İslam Mərkəzinin rəisi və camaat imamı Ayətullah Ramazani dedi: Elm və bilik olan hər yerdə sülh və ədalət vardır. İnanıram ki, ürəklərində İlahi eşq olan insanlar həmişə müştərək hədəflər, insani dəyərlər, sülh və ədaləti qoruyacaqlar və bu bütün İbrahimi dinlərin müştərək xüsusiyyətidir.
Qeyd edək ki, Almaniyanın İslam Akademiyasında keçirilən bu mərasim yerli media tərəfindən maraqla qarşılanmış və geniş şəkildə işıqlandırılmışdır.
Hamburqun İslam Mərkəzi bu şəhərdə yaşayan müsəlmanların ilk məscididir. Gözəl memarlıq üslubu ilə 55 il öncə tikilmişdir. "Kitab bürcü" layihəsinin bayrağı cari ilin İyun ayında bu mərkəzə verildi və 4 ay İmam Əli (ə) İslam Mərkəzinin 36 metirlik minarələrində dalğalandıqdan sonra şəhərin baş keşişinə təhvil verildi.