IQNA

Gözləri ilə deyil, qəlbləri ilə gördülər;

Türkiyəli "qəlbinur" qardaşlar Quran- Kərimi hifz etdilər

11:24 - December 09, 2016
Xəbər sayı: 3481106
Türkiyənin Diyarbəkr əyalətinin Silvan şəhərindən olan 3 nəfər "qəlbinur" ciddi cəhdlə çalışaraq və məşq edərək Quran- Kərimi hifz etməkdə böyük uğura imza atdılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Anadolu" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Türkiyənin Diyarbəkr əyalətinin Silvan şəhərindən olan 3 nəfər "qəlbinur" ciddi cəhdlə çalışaraq və məşq edərək Quran- Kərimi hifz etməkdə böyük uğura imza atdılar.

Yusif Gəzəc adlı gənc və Rəşad və Aytən Kamran adlı bacı-qardaş anadangəlmə kordurlar. Onlar Diyabəkr əyalətinin Silvan şəhərində yaşayırlar.

Yusif Gəzəc və bu bacı və qardaşlar anadangəlmə kor olmaqlarına və bu səbədən yaranan bütün çətinliklərə baxmayaraq öz ciddi təlaş və çalışqanlıqları ilə Quran- Kərimi hifz etdilər və bununla da sübut etdilər ki, fiziki əlil olmaq heç vaxt inkişafın və tərəqqinin qarşısını ala bilməz.

Rəşad – "qəlbinur" bacının qardaşı ki, bütün Quranı əzbər bilir, bu barədə dedi: Bu yolda çox çətinlik və maneələr var idi. Amma bizim Quran- Kərimi hifz edib əzbərləməyə olan şövqümüz və eşqimiz bütün çətinlikləri bizim üçün asan etdi. Mən və bacım Quran- Kərim dərslərində iştirak edir, Quranı əzbərləyir və bundan əlavə Ərəb dili və ədəbiyyatı, İslam fihqi, təfsir və hədis dərslərinə də gedirdik.

O vurğuladı: Biz Quran- Kərim dərslərinə gedərkən yol boyu dəfələrlə maneələrə ilişir və yerə yıxılırdıq, amma heç vaxt bu bizi Quran öyrənməkdən həvəsindən uzaqlaşdırmırdı və əksinə hər dəfə daha möhkəm iradə ilə yolumuza davam edirdik, çünki böyük hədəflərə çatmaq üçün daha ciddi və daha çox çalışmaq lazımdır.

Qardaşı ilə birgə çalışaraq Quran-Kərimi əzbərləyə bilmiş "qəlbinur" bacı Aytən bu böyük uğura imza atdığından xoşhallıq və sevinc hissini gizlətməyərək dedi: Mən və qardaşım bir il ərzində bütün Quranı əzbərlədik. Mən çox böyük həvəs və şövq ilə hər gün Quran- Kərimdən bir neçə səhifəni əzbərləyirdim. Gözlərimizin görmədiyi üçün bu iş bizim üçün çox çətin olmasına baxmayaraq biz hamıya göstərdik ki, heç bir əlillik inkişaf və tərəqqinin qarşını ala bilməz.

P.S: Burada "qəlbunur" sözündən məqsədimiz görmək qabiliyyəti olmayan əlillərdir. Fars dilində bu söz "kor"lar barədə işlədilir. Bu mənaya ki, onların fiziki gözləri görməsə də qəlbin nuru ilə çox şeyləri görür və çox işləri həyata keçirməyə qadirdirlər. 

http://iqna.ir/fa/news/3552177


Teqlər: iqna ، quran hifzi ، kor ، qəlbinur ، türkiyə ، hafiz
captcha