IQNA

Oklahoma universitetində namazxana açıldı

16:50 - December 09, 2016
Xəbər sayı: 3481108
Amerikanın Oklahoma əyalət universitetində müsəlman tələbələr üçün gündəlik vacib namazlarını qılmasına şərait yaradılmış və bu məqsədlə "namaz otağı" nəzərdə tutulmuşdur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "OUDaily" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Oklahoma əyalət universitetində müsəlman tələbələr üçün gündəlik vacib namazlarını qılmasına şərait yaradılmış və bu məqsədlə "namaz otağı" nəzərdə tutulmuşdur.

Müin Əl-Qəhif – Oklahoma universitetinin mexanika mühəndisliyi ixtisası üzərə tələbəsi, deyir: Gündəlik vacib namazları qılmaq mənim üçün önəmli və əhəmiyyətli bir məsələdir və yeni açılan namaz otağı bu işi mənim üçün asanlaşdırdı.

O əlavə etdi: Bundan öncə məcbur idim ki, gündəlik vacib namazlarımı kitabxananın dar qəfəsə sıralarında qılım. Sonralar bu namazxananı kitabxananın ikinci mərtəbəsində tapdım. Buranı universitetinin müsəlman tələbələr birliyinin istəyi ilə namaz üçün nəzərdə tutublar.

Çarlız Kimbal – Oklahoma universitetinin İslam və dinlər üzərə mütaliə və araşdırmalar qrupunun rəisi, dedi: Namaz qılmaq İslam dininin əsas hökmlərindən biridir və dinin mühüm bir hissəsi sayılır. Və müsəlmanlar namaz vaxtlarında hər şeyi bir anlıq unudur, Allahla olurlar və namazı öz həyatlarının ən mühüm məsələsi olaraq qoruyurlar.

O dedi: Bu otağın müsəlman namaz qılan tələblər üçün ayrılmasının əhəmiyyətini dərk edirəm. Belə bir yer sakit və aram olmalıdır ki, insan fikrini və zehnini digər məsələlərə qarışdırmadan münacat edə bilsin.

Oklahoma universitetinin İslam və dinlər üzərə mütaliə və araşdırmalar qrupunun rəisi dedi: Belə bir fəza bütün tələbələr üçün yaradılmalıdır. Çünki bu məsələ dini və mədəni müxtəlifliyin qarşılıqlı ehtiram ilə yaşamasını gücləndirir.

http://iqna.ir/fa/news/3551949


Teqlər: iqna ، namaz ، oklahoma ، namazxana
captcha