IQNA

Seyyid Həsən Nəsrullah:

Region ölkələri İŞİD-in təhdidləri qarşısında birləşsinlər

7:06 - December 10, 2016
Xəbər sayı: 3481110
Livanın İslami Müqavimət Hərəkatının baş katibi Seyyid Həsən Nəsrullah elan edib ki, qarşımızdakı tək çıxış yolu İslam mədəniyyətini, regionu və varlığımızı terrorizm təhdidi qarşısında qorumaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl- Məyadin" xəbər və informsiya portalına istinadla verdiyi xəbərə görə, Livanın İslami Müqavimət Hərəkatının baş katibi Seyyid Həsən Nəsrullah dünən gecə, Cümə günü gecəsi, Dekabr ayının 9-da, regionun və ölkəsinin mühüm hadisələri, o cümlədən Livanda yeni prezident seçilməsi və yeni idarə heyətinin yaradılması barədə çıxış edib.

Seyyid Həsən Nəsrullah çıxışının əvvəlində Fələstin mövzusu, sionistlərin müsəlmanlara və məsihilərə qarşı təcavüzkarlığı və sair məsələlərə toxunub və deyib: Regionda yaşayan müsəlmanlar və məsihilər sionist israil rejiminin və təkfirçi terrorist qruplaşmaların milli və mədəni təhdidləri ilə üz-üzədir.

O çıxışında elan edib ki, bu təhdidlər əvvəldə Fələstindən başlayıb. Fələstinin müqəddəs saydığı hər şey hücuma məruz qalıb və bu gün iş o yerə çatıb ki, Azan səsinin minarələrdən eşilməsini qadağan ediblər. Bu problem Fələstindən İraqa, Suriyaya, Nigeriyaya və digər müsəlman və məsihi məkanlarına da sirayət edibdir.

Livanın İslami Müqavimət Hərəkatının baş katibi Seyyid Həsən Nəsrullah əlavə edib: Amerika və Qərb terrorimzi pul və silah ilə təchiz edir və buna Donald Tramp da etiraf etdi və Hillari Kilontonun "e-mail"lərində aşkar edilibdir.

Seyyid Həsən Nəsrullah HİZBULLAH ilə Livanın siyasi cərəyanlarının arasında fitnə və ixtilaf yaratmaq istəyənlərə xitab edərək dedi: Fintə yaratmaq istəyənlər özləri öz fintələrinin oduna yanacaqlar və bu tələyə özləri düşəcəklər.

Livanın İslami Müqavimət Hərəkatının baş katibi həmçinin dedi: Bu hərəkat (Hizbullah) Livanın yeni seçilmiş prezidenti Mişel Aun ilə çox yaxşı və qarşılıqlı etimad əsasında rabitə və əlaqələri var.

Seyyid Həsən Nəsrullah Cümə gecəsi Beyrutdan yayımlanan televiziya çıxışında yenə də cənab Mişel Aunu dəstəkləyərək dedi: HİZBULLAH və Livan prezidenti arasında ixtilaf yaranması şayiəsi əsassızdır.

O, şiələr və məsihilər arasında hər hansısa bir ixtilaf və müharibənin başlandığını rədd edərək dedi: Biz Livanın milli qüvvələri və hərəkatlarına yaxın bir fəzada fəaliyyət göstəririk. Və HİZBULLAH heç bir məsihi koalisiyasının fəaliyyətinə qarşı deyil, əksinə çalışırıq ki, Livanın siyasi fəaliyyətlərinin genişlənməsi üçün hər bir addımı müsbət qarşılayırıq.

Seyyid Həsən Nəsrullah hər bir dövlətin əsası və möhkəmliyi ədalətli seçki qanunlarıdır deyərək vurğuladı: Həqiqi və güclü dövlət təşkil etmək istəyən hər bir ölkə bütün siyasi cərəyanlara şamil olan seçki qanunlarına sahib olmalıdır.

http://iqna.ir/fa/news/3552363

captcha