IQNA

13:02 - December 11, 2016
Xəbər sayı: 3481122
Amerikanın İllinoys ştatının Addison şəhərində “Peyğəmbərin (s) həyat tərzi və irsi” mövzusunda konfrans keçiriləcək.

Amerikada

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, konfrans Çikaqonun "Sound Vision İslami Təşkilatının dəstəyi ilə dekabrın 17-də İslam Peyğəmbərinin (s) mövlud günündə keçiriləcək.

Konfransa müsəlmanlarla yanaşı həmdə onların digər dinlərdən olan qonşuları və dostları da iştirak edəcək.

"Konfrans iştirakçılarına İslam Peyğəmbərinin (s) kimliyi və O Həzrətin dünyada sülh, sabitlik və ədalətin yayılması üçün çalışmaları haqqında çıxışlar olunacaq”.

Konfransda bir sıra müsəlman alimlərlə yanaşı həmdə Dünya Dinləri Parlamentinn sədri Larry Greenfield çıxış edəcək.

Konfransda həmçinin Peyğəmbərin (s) qorxmazlığı, Peyğəmbərin (s) qonşuları, Peyğəmbərin baxışında Həzrət İsa (ə) və Həzrət Məryəm (ə), Peyğəmbərin (s) sülh hərakatı, uşaqların Peyğəmbərlə (s) tanışlığı üçün ideyalar, Peyğəmbərin (s) həyatında sülh və müharibə, Amerika müsəlmanlarının Peyğəmbərə (s) necə tabe olması, Məsihilərdə İslam Peyğəmbərinə (s) aşiq ola bilərmi? kimi mövzular haqqında çıxışlar və müzakirələr aparılacaq.

Qeyd edək ki, konfrans yerli radioların biri vasitəsi ilə canlı yayımlancaq.

Ad:
E-poçt:
* Comment:
* captcha: