Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, bir il öncə Nigeriya ordusu, Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzakinin evinə və evinin yaxınlığındakı Bəqiyətullah hüseyniyyəsinə hücum edərək 1000 nəfərə yaxın insanı qətlə yetirmiş və daha yüzlərə insanı həbs etmişdi. Şeyx Zəkzaki də yaralanaraq həbs edilib. Bir neçə gün öncə Nigeriya məhkəməsi Şeyx Zəkzakinin azad edilməsi və maddi təzminat ödənilməsi barədə qərar çıxartsa da, Nigeriya höküməti hələ də Şeyx Zəkzakini həbsdə saxlayır.
Bu gün müsəlman ölkələrində və dünyanın bir çox ölkələrin sosial şəbəkə istifadəçiləri Şeyx Zəkzakinin azadlığa buraxıllması tələbi ilə aksiya keçirəcək.
Aksiya iştirakçıları twitter sosial şəbəkəsində eyni vaxtda #freezakzakyhəştəqi ilə Şeyx Zəkzakiyə azadlıq tələb edəcək.
Bakı vaxtı ilə twitterdə isitfadəçilər saat 21:00-da#freezakzakyyazmaqla bu aksiyaya qoşula bilər.