İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-yəvm əs-sabe" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, keçən həftənin bazar günü, Dekabr ayının 11-də, Misirin paytaxtı Qahirə şəhərində Qibti məsihilərə məxsus mərkəzi kilsəsinin terror hücumuna məruz qalaraq partladılması misirli sosial şəbəkə istifadəçilərinin geniş narazılıq, narahatçılıq və kədərlənmələrinə səbəb olub. Belə ki, Quran- Kərimin "Maidə" surəsinin 32-ci ayəsi ki, günahsız insanları öldürməyi qadağan edir və bir insanın ölümünü bütün bəşəriyyətin ölümünə bərabər sayır –
«مَنْ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا»
həftənin bazar və birinci günləri GOOGLE axtarış matorunda misirli internet istifadəçiləri tərəfindən ən çox "search" edilən cümlə olmuşdur.
Həmçinin GOOGLE axtarış matorunun göstərdiyi nəticəyə görə, bu hadisədən sonra misirli internet istifadəçiləri tərəfindən ən çox axtarılmış sözlər, o cümlədən "تفجير كنيسة العباسي" (Əl-Abbasiyyə kilsəsinin partladılması) 5000 dəfə və " جنازة شهداء البطرسية" (petros şəhidlərinin cənazələri) sözü 2000 dəfə axtarılmaqla, qibtilərin kilsəsinə və terror hadisəsinə aid olmuşdur.
http://iqna.ir/fa/news/3553508