Beynəlxalq Quran xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, Şimali Amerikanın İslami əlyazma nüsxələri ilə ən zəngin kitabxanalardan biri olan Miçeqan universitetinin kitabxanası öz əlyazma nüsxələrinin elektron versiyasını hazırlamağa 2008-ci ildə başlamışdı.
Elektron versiyanın tamamlanması ilin son günlərində başa çatdı. Bu universitetin kitabxanasında 1120 İslami əlyazma nüsxə mövcuddur ki, bunların çoxu Osmanlı imperiyasının son sultanı 2-ci Sultan Əbdül-Həmidin şəxsi kitabxanasına məxsusdur. Və nüsxələrin əksəriyyəti Osmanlı dövüründə Osmanlı ərazilərində yaşamış alimlər və incəsənət xadimlərinin əməyinin zəhmətidir.