Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Ahlibeyt.ge-a
istinadla xəbər verir ki, aləmlərə rəhmət olan həzrət Muhəmməd Peyğəmbərin (s)
və İmam Sadiqin (ə) mübərək təvəllüdləri münasibəti ilə Gürcüstan Əhli-beyt (ə)
cəmiyyətində dərs alan az yaşlı tələbələr arasında Qurani-Kərimin qiraəti üzrə
yarışma keçirildi. Yarışma Əhli-beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində qeyd
olundu.
Məclis Əhli-beyt (ə) cəmiyyətinin tələbəsi Lalə Xəlilovanın aparıcılığı və
Quran Qarisi Rza Cəfərinin Quran tilavəti ilə baş tutdu.
Sonra Əhli-beyt (ə) cəmiyyətinin dəyərli müəllimi Kərbəlayi Elçin Daşdanzadə
çıxış edərək məclis iştirakçılarına öz təbrikini çatdırdı və Qurani-Kərimin
qiraətinin savabından danışdı.
Daha sonra yarışmaya strat verildi və yarışmaya 13 nəfər az yaşlı tələbə
qatıldı ilk öncə bir ildən az təhsil alan daha sonra isə bir ildən artıq təhsil
alan tələbələr arasında baş tutdu.
Məclisdə qonaq olan Əhli-beyt (ə) məddahı Kərbəlayi Səid və Əhli-beyt (ə) cəmiyyətinin
tələbələri Peyğəmbərin (s) və Məsumların (ə) şəninə ilahilər və şerlər səsləndirdilər.
Sonra Əhli-beyt (ə) cəmiyyətinin müəlliməsi Kərbəlayi Emilya Səfərova çıxış edərək
bayram münasibəti ilə məclis iştirakçılarını təbrik etdi və Yarışma qaliblərini
açıq elan etdi və bir ildən az təhsil alan tələbələrdən
1-ci Əkbər Məmmədov
2-ci Sibel Novruzova
3-cü Cəfər Nəsibov
Bir ildən artıq təhsil alan tələbələrdən isə
1-ci Huseyn İsmailov
2-ci Fidan Danaqranova
3-cü Vəfa Məmmədova qalib oldular.
Qaliblərə Əhli beyt (ə) cəmiyyəti tərəfindən hədiyyələr təqdim olundu.