IQNA

İfaf əl-Həkim:

Təkfirçilik fenomeni bu günün insanı üçün ən təhlükəli məsələdir

12:02 - December 19, 2016
Xəbər sayı: 3481163
HİZBULLAH hərəkatının xanımların işləri üzərə müavini: Müasir dövrdə təkfirçilik fenomeni bəşəriyyət üçün ən ciddi və mühüm porblemdir və bütün dünyada insani dəyərlər üçün təhdid hesab olunur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Səda və Sima"-nın (Tele-Radio) beynəlxalq konfrans mərkəzindən verdiyi xəbərə görə, İfaf əl-Həkim - Livan İslam Müqaviməti Hərəkatı katibliyinin xanımların məsələləri üzərə müşaviri, keçən həftənin şənbə günü, 30. Beynəlxalq İslami Vəhdət Konfransının yekun mərasimində dedi: Müasir dövrdə təkfirçilik fenomeni bəşəriyyət üçün ən ciddi və mühüm porblemdir və bütün dünyada insani dəyərlər üçün təhdid hesab olunur.

İfaf əl-Həkim - Livan İslam Müqaviməti Hərəkatı katibliyinin xanımların məsələləri üzərə müşaviri, əlavə etdi: "Təkfirçilik" fenomeni müsəlmanların dini prinsiplərini və insani şərəflərini məhv etmək istəyir və müsəlmanların vəhdətini və həmçinin Fələstin məsələsinin gündəmdən çıxarılmasını və unudulmasını hədəfə almışdır.

O, təkfirçilərin hər gün günahsız insanları öldürməsinə və müxtəlif dini mərkəz və məscidlərin onlardan tərəfindən hücuma məruz qalmasına işarə edərək dedi: Təkfirçilərin müsəlmanlar barədə törətdikləri vəhşicəsinə cinayətlərin tarixdə oxşarı yoxdur. Onlar media və "kiv"lərin kameraları qarşısında istənilən vəhşiliyi edirlər və hədəfləri də İslamın beynəlxalq simasını ləkələməkdir.

İfaf əl-Həkim çıxışının davamında təkfirçilərin Ərəb dövlətləri tərəfindən himayə olunması və dəstəklənməsinə işarə edərək dedi: Səudiyyə Ərəbistanının müftilərinin verdiyi "fətva"lar bu azğın və təkfirçi qruplaşmaların cinayətlərinin əsasıdır.

Livan İslam Müqaviməti Hərəkatı katibliyinin xanımların məsələləri üzərə müşaviri vurğuladı: Təkfirçi qruplaşmaların baxış bucağı kordur və İslam dininin təlimləri və dəyərlərindən xəbərsizdirlər. Buna görə də onların istəklərinin əleyhinə olan hər kəsi kafir sayır və qanını tökməyi halal bilirlər.

http://iqna.ir/fa/news/3554491


captcha