IQNA

Hindistan’da cümə namazı üçün işdən ayrılma icazəsi

13:29 - December 20, 2016
Xəbər sayı: 3481167
Bu ölkədə məmurlara cümə namazında iştirak üçün 90 dəqiqə müddətində işdən ayrılma icazəsi verilir.

Hindistan’da cümə namazı üçün işdən ayrılma icazəsi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) maide.az-a istinadla xəbər verir ki, Hindistanın şimalında yerləşən Uttarakhand əyalət hökuməti elan edib ki, müsəlman dövlət məmurlarına cümə namazında iştirak etmək üçün 90 dəqiqə müddətində işdən ayrılma icazəsi verilir.

Uttarakhand əyalətinin nazirlər kabineti ötən gün qərar qəbul edib ki, bundan sonra müsəlman məmurlara cümə namazında iştirak etmək məqsədi ilə cümə günləri yerli vaxtla saat 12:30-dan 14:00-dək xüsusi tətil nəzərdə tutulsun.

Uttarakhand əyalətinin baş naziri Hariş Ravat deyib ki, müsəlmanların əksəriyyəti namaz qılır və onlar üçün cümə namazında iştirak etmək müəyyən bir vaxtı rəsmi şəkildə elan olunması onların haqqıdır.

O deyib ki, bu qərar müsəlman məmurların iş vaxtında namaz qılmaq üçün üzləşdiyi problemləri aradan qaldırmaq məqsədi ilə atılıb.


captcha