IQNA

Berlin hadisəsinin qurbanlarının sayı çoxaldı;

İŞİD terror hücumunun məsuliyyətini öz üzərinə götürdü

0:25 - December 21, 2016
Xəbər sayı: 3481170
Almaniya polisi elan edib ki, Berlin bazarında yeni il bazarlığı ilə məşğul olan vətəndaşları maşınla ayaqlayan terror hadisəsində ölənlərin sayı artıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk Tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, cari həftənin 1-ci günü, 19 Dekabr 2016-cı il, Almaniyanın Berlin şəhəri də Avropanın terror qurbanları olan şəhərləri sırasında daxil edildi.

Almaniya polisi elan edib ki, Berlin bazarında vətəndaşları maşınla ayaqlayan terror hadisəsində ölənlərin sayı artıb. Bu xəbərdə deyilir ki, terror hadisəsində ölənləri sayı 12 və yaralananların sayı 48-ə çatıb.

Almaniya polis qüvvələrinin dediyinə görə bəzi yaralıların da halı ağırdır və bu hadisənin qəsdən və terror hücumu olaraq törədilməsi ehtimalı daha çoxdur.

Bu məlumatda deyilir ki, İŞİD bu hadisənin məsuliyyətini öz üzərinə götürmüşdür. Amma Almaniya rəsmiləri bu hadisənin qəsdən törədildiyi və ya terror əməliyyatı olması barədə aşkar və dəqiq bir söz demək istəmirlər. Bununla belə hadisənin terror əməliyyatı olması ehtimalının çox olmasını dilə gətiriblər.

Qeyd edək ki, cari həftənin birinci günü Alman polisi elan edib ki, Berlinin yeni il bayramı bazarında camaatın izdihanlı yerində bir ağır yük maşını yoldan çıxıb və bazarlıqla məşğul olan camaatı əzərək keçib.

http://iqna.ir/fa/news/3555210


captcha