IQNA

0:50 - December 29, 2016
Xəbər sayı: 3481201
Azərbaycanın paytaxtı Bakının tarixi "Bəylər Məscidi" Quran- Kərimin qədim nüsxələrindən ibarət olan qədim eksponatları ehtiva edən "Müqəddəs Əsərlər" sərgisinə evsahibliyi edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "azernews" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Azərbaycanın paytaxtı Bakının tarixi "Bəylər Məscidi" Quran- Kərimin qədim nüsxələrindən ibarət olan qədim eksponatları ehtiva edən "Müqəddəs Əsərlər" sərgisinə evsahibliyi edib.

Tarixi abidə olan "Bəylər Məscidi" 1895- ci ildə tikilmişdir. Son illərdə yenidən təmir edildikdən sonra Azərbaycan respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş və istifadəyə verilmişdir.

انگلیسی/ برپایی نمایشگاه قرآن در مسجد «بایلر» آذربایجان

Azərbaycan respublikasının prezidenti İlham Əliyev və ölkənin birinci xanımı məscidin açılış mərasimində iştirak etdikdən sonra "Müqəddəs Əsərlər" sərgisinə də baxış keçiriblər.

انگلیسی/ برپایی نمایشگاه قرآن در مسجد «بایلر» آذربایجان

Bu sərgidə 99 müqəddəs əsər, o cümlədən 73 Quran nüsxəsi, 7 dini kitab və 19 İslami incəsənət əsəri nümayiş edilmişdir.

Sərgidə Rusiyanın Dağıstan əyalətinin Dərbənd şəhərində məscidlərdən birinin yanması hadisəsində salamat qalmış və xüsusi üsulla qorunan Quran- Kərim nüsxəsi də tamaşaya qoyulmuşdur.

انگلیسی/ برپایی نمایشگاه قرآن در مسجد «بایلر» آذربایجان

İslam dini Azərbaycanda, o cümlədən Bakı şəhərində hicri-qəməri tarixi ilə 7-ci əsrin əvvəllərində geniş yayalmağa başlamışdır. Buna görə də bu ərazidə tarixi və məzhəbi məscid, mədrəsə, ibadət evi və məqbərələr çoxdur. Əsirlər boyu hərtərəfli inkişaf etmiş Azərbaycan əraziləri elmi və mədəni əsərlərlə zəngindir.

http://www.iqna.ir/fa/news/3556803


Ad:
E-poçt:
* Comment:
* captcha: