IQNA

İŞİD-in "yeni il" bayramı əleyhinə beynəlxalq təhdidləri

1:12 - December 31, 2016
Xəbər sayı: 3481205
İŞİD təkfirçi terrorist qruplaşması təhdid edib ki, bütün dünyada "yeni il" şənliklərini xorqulu və qanlı film janrlarına döndərək.

İŞİD-in

İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl- Aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İŞİD təkfirçi terrorist qruplaşması təhdid edib ki, bütün dünyada "yeni il" şənliklərini xorqulu və qanlı film janrlarına döndərəcəklər.

Bu barədə İngiltərənin "Sun" qəzeti həftənin Cümə günü, 30 Dekabr 2016- cı il tarixində xəbər yayıb.

İngiltərənin "Sun" qəzeti həftənin Cümə günü buraxılışında yazıb ki, Avstraliyanın təhlükəsizlik orqanları Sidneyə səfər edən 40 yaşlı bir kişidən şübhələnmiş və həbs etmişlər. Sorğulama zamanı məlum olub ki, bu kişi İŞİD terror qruplaşmasının üzvlərindəndir və "yeni il" şənliklərində terror hücumlarının təşkili üçün ölkəyə girmiş və həmçinin bildirmişdir ki, hədəfləri bütün dünyada "yeni il" şənliklərini xorqulu və qanlı film janrlarına çevirməkdir.

Sidneyə səfər edən qırxşı yaşlı "İŞİD" üzvü olan bu şəxs avstraliyalı vətəndaşlardan birinin məlumatı əsasında saxlanılıb.

Bundan öncə də Moskvada "yeni il" şənliklərinə qan bazarına çevirmək istəyən terrorçu bir dəstə saxlanılmışdı ki, İŞİD-in Suriyadakı başçılarının göstərişləri əsasında Rusiyada terror hücumları həyata keçirəcəkmişlər.

3557853


Teqlər: iqna ، yeni il ، 2017 ، 2016 ، İŞİd ، moskva ، avstraliya
captcha