IQNA

50 min Myanmarlı müsəlman Banqladeşdə qaçqındır

7:58 - December 31, 2016
Xəbər sayı: 3481206
Banqladeş XİN-nin verdiyi elan görə, 2016- cı ilin Oktyabr ayından indiyədək 50 min müsəlman Ruhingiyada Myanmar qoşunları tərəfindən qanlı repressiyanın ardınca Banqladeşə qaçıblar.

İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Banqladeş Xarici İşlər Nazirliyinin verdiyi elan görə, 2016- cı ilin Oktyabr ayından indiyədək 50 min müsəlman Ruhingiyada Myanmar qoşunları tərəfindən qanlı repressiyanın ardınca Banqladeşə qaçıblar.

Banqladeşin Xarici İşlər Naziri Myanmarın Dakkadakı səfirini nazirliyə çağıraraq müsəlman milli azlıqlar əleyhinə törədilən cinayət və zorakılıqla bağlı ciddi nigaran olduğunu bildirib.

Rəsmi Dakka Banqladeşdə qeyri- qanuni yaşayan 300 min myanmarlı müsəlmanın öz ölkələrinə geri qayıtmasını tələb edib.

Ruhingiya müsəlmanları Myanmarı cəmiyyətinin 4%-i təşkil edir və özlərini Raxin əyalətinin yerli sakinləri hesab edirlər. Amma Myanmar dövləti bununla razılaşmır və onları Bangladeşdən gəlmə mühacirlər adlandıraraq onlara vətəndaşlıq vermir və Bangladeşə geri qayıtmalarını tələb edir.

Myanmar silahlı qoşunlarından əlavə əksəriyyəti təşkil edən "buddist"lər də həmişə Ruhingiya müsəlmanlarını təhqir və onlara qarşı zorakı rəftarlar edir və onları incidirlər. Buddistlər indiyədək yüzlərlə müsəlmanı öldürmüş və minlərlə Ruhingiyalını öz yurd-yuvalarından qaçaq salmışlar.

BMT-nin Beynəlxalq Əfv Təşkilatı cari ayın əvvələrində elan etmişdi ki, Myanmar polisi və silahlı qüvvələri myanmarlı müsəlmanları heç bir dəlil olmadan güllə ilə vurur, onları öldürür, qadınlarına təcavüz edir, evlərini yandırır, kişilərini öldürür və onların həbsdə saxlandıqları yer və tutuqlanma səbəbləri barədə heç bir məlumat vermirlər.

Müsəlmanların çoxu Banqladeşin qaçqın düşərgələrində və bu ölkənin cənub- şərqindəki kəndlərdə müvəqqəti sığınacaq tapıblar.

Onlar "Frans Press" xəbər agentliyi ilə müsahibələrində Myanmarın polisi və təhlükəsizlik qüvvələri tərəfindən onlara qarşı törədilən vəhşilik və cinayətlərdən danışıblar.

Myanmar dövləti heç bir xəbər agentliyinin və araşdırma mərkəzinin nümayəndəsinə Ruhingiyaya girməsinə icazə vermir və iddia edir ki, bu regionda müsəlmanlar əleyhinə heç bir zorakılıq baş verməyib.

Bu arada Banqaldeş də özünün sudan və qurudan sərhədlərini möhkəmlədib və keçən 3 ay ərzində minlərlə müsəlman uşaq və qadının bu ölkəyə girişinə mane olub.

http://iqna.ir/fa/news/3557802


Teqlər: iqna ، myanmar ، ruhingiya ، raxin ، banqladeş
captcha