İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin rəsmi informasiya portalına istinadla verdiyi xəbərə görə, Kərbəlada Həzrət İmam Hüseyn (ə) müqəddəs ziyarətgahının media bölməsi İmam Hüseynin (ə) mübarək məzarının yeni örtüyündən yeni fotolar paylaşıb.
Həzrət İmam Hüseynin (ə) mübarək və müqəddəs məzarı dəmir örtüyün daxində yerləşir. Bu dəmir zərih Quran- Kərimdən ayələr və "Əsmaul-Hüsna" (Allah adları) yazılmış parça ilə örtülmüşdür.
Həzrət İmam Hüseyn (ə) müqəddəs ziyarətgahının media bölməsi bu müqəddəs qəbirin yeni örtüyündən fotolar paylaşıb.
http://iqna.ir/fa/news/3559197