İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin "Darul-Fətava" idarəsinin nəzdində fəaliyyət göstərən "təkfirçi və qeyri-adi fətvalara nəzarət komitəsi" UNESCO-nun Suriyanın tarixi Palmira şəhərinin tarixi irsi barədə qərar və mövqeyni alqışlayaraq vurğuladı: İŞİD siyasətinin əsas prinsipi İslami kimliyi və xalqların milli mədəniyyətini məhv etməkdir.
Misirin "Darul-Fətava" idarəsinin nəzdində fəaliyyət göstərən "təkfirçi və qeyri-adi fətvalara nəzarət komitəsi" bəyaniyyə yayaraq elan etdi: UNESCO (Birləşmiş Millətlər Təşkilatının Elmi, Mədəni və Tərbiyəvi İdarəsi) İŞİD-in Suriyanın Palmira şəhərində qədim Rumdan qalma tarixi abidə olan amfiteatr binasını dağıtmasını müharibə cinayəti adlandırıb. Biz UNESCO-nun bu addımını və bu barədə tutduğu mövqeni təqdirə layiq bilir və alqışlayırıq.
Bəyaniyyənin davamında deyilir: İŞİD təkfirçi və terrorçu qruplaşmasının törətdiyi cinayətlər təkcə günahsız insanları öldürmək və diri- diri yandırmaqda xülasə olmur. Bu vəhşi cinayətkarlar millətlərin tarixi və mənəvi kimliyini də məhv etmək istəyir. Region ölkələrinin tarixi, mədəni və milli irsləri və həmçinin antik dövr mədəniyyətinə aid olan tarixi abidələri İŞİD təkfirçi və terrorist qruplaşmasının cinayətlərinə görə məhv olmaq üzərədir.
Misirin "Darul-Fətava" idarəsinin nəzdində fəaliyyət göstərən "təkfirçi və qeyri-adi fətvalara nəzarət komitəsi" İŞİD siyasətinin əsas prinsipinin regionda İslami kimliyi və xalqların milli mədəniyyətini məhv etmək olduğunu vurğulayaraq deyir: İŞİD təkfirçi və terrorçu qruplaşmasının bütün cinayətləri müqəddəs İslam dininin İlahi dəyərləri və ali maarifi ilə daban- dabana ziddir. Çünki İslam dinində insanların tarixi kimliyi və mədəni irsinin qorunmasına təkid edilmişdir.
Bəyaniyyədə deyilir: Əziz İslam Peyğəmbərinin (s) səhabələri İslami fəthlər zamanı Misir, Şam və İraqda keçmiş ümmətlərdən qalmış və onlar tərəfindən hazırlanmış heykəl və büstlərə əl vurmadılar, onları məhv etmədilər. İslam tarixinin parlaq səhifələri göstərir ki, İŞİD cinayətkarlarının İslam dini ilə heç bir yaxınlıq və əlaqəsi yoxdur, vəhşi İŞİD-çilər həqiqətdə bərbərlərin, tatarların və monqolların davamçılarıdırlar.
Misirin "Darul-Fətava" idarəsinin nəzdində fəaliyyət göstərən "təkfirçi və qeyri-adi fətvalara nəzarət komitəsi" bəyaniyyənin sonunda vurğulayır: Region millətlərinin, o cümlədən regionda yaşayan müsəlman ümmətin İslami və Ərəbi tarixini və mədəni irsini İŞİD təkfirçilərinin hücumlarından qoruyub saxlamaq bir zərurətdir.
Qeyd edək ki, UNESCO- nun baş katibi İrina Bukova İŞİD-in Palmirada törətdiyi cinayətləri məhkum edərək bu vəhşiliyi "müharibə cinayəti" adlandırmış və bütün bəşəriyyət əleyhinə törədilmiş bir cinayət hesab etmişdi.
http://iqna.ir/fa/news/3565432