IQNA

Əl-Əzhər rəngli Quranların çapını qadağan etdi

12:06 - January 24, 2017
Xəbər sayı: 3481288
Misirin əl-Əzhər İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən "İslami Araşdırmalar Assambleyası" Quran-Kərimin fantastik (xəyali) və neon rənglərində çap edilməsini qadağan etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son zamanlarda Suriya, Livan, Misir, BƏƏ və bəzi digər Ərəb ölkələrində fantastik və xəyali rənglərdə Quran çapları yayılmışdı. Bu məsələ dünyanın bəzi müfti və alimlərinin ixtilaflı rəyləri ilə qarşılanmış, bəziləri müvafiq olmuş və bəziləri də bu məsələyə müxalif rəy bildirmiş və bu cür çapların məqsədəuyğun olmadığını demişdilər.

Misirin "əl-Əzhər İslam Mərkəzi" bu məsələyə əvvəl başdan etirazını bildirmiş və bu işi caiz bilməmiş və Misir bazarlarına bu Quranın satışına icazə verməmişdi.

Bu günlərdə isə Misirin əl-Əzhər İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən "İslami Araşdırmalar Assambleyası" bu məsələdə daha ciddi addım ataraq, Quran-Kərimin fantastik (xəyali) və neon rənglərində çap və nəşr edilməsini rəsmi şəkildə qadağan etdi.

Misirin əl-Əzhər İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən "İslami Araşdırmalar Assambleyası" həftənin birinci günü, 2017-ci ilin Yanvar ayının 22-də, Əl-Əzhərin şeyxi Əhməd Təyyibin rəisliyi ilə təşkil edtiyi iclasda Quran-Kərimin çapı üçün rəngli kağızdan istifadə edilməsini qadağan etdi.

Şeyx Əla Əbdüzzahir - əl-Əzhər İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən "əl-Əzhər İslami Araşdırmalar Assambleyası"nın "təlif və tədqiqat komitəsi"nin rəisi, bu barədə açıqlama verərək deyib: "İslami Araşdırmalar Assambleyası"nın qərara aldığı hökm və qanuna əsasən Quran-Kərimin mətni təkcə qara rəngli xətlə yazıla bilər, mətnin yeri və fonu isə ağ və ya "südrəngli" olmalıdır.

O əlavə etdi: Biz, Quran- Kərimin məqam və hörmətini qorumaq üçün bu qərara gəlmişik. Quran-Kərimin ehtiramını qorumaq üçün bu müqəddəs kitabın səhifələrini müxtəlif boyalar ilə rəngləmək olmaz.

Şeyx Əla Əbdüzzahir - əl-Əzhər İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən "əl-Əzhər İslami Araşdırmalar Assambleyası"nın "təlif və tədqiqat komitəsi"nin rəisi, vurğuladı: Mərkəzimiz bazardakı Quranların yığışdırılması ilə bağlı bir qərar verməyib. Bu barədə incəsənət əsərlərinin nəşri və çapına nəzarət edən qrum qərar verəcəkdir. Amma çap və nəşriyyat üzərə fəaliyyət göstərən bütün qrumlar bu qanuna əməl etməsələr müvafiq qaydada cəzalanacaqlar və həmçinin çap və nəşr hüquqlarını itirə bilərlər.

http://iqna.ir/fa/news/3565606


Teqlər: iqna ، misir ، quran ، quran çapı ، rəngli quran
captcha