IQNA

Birləşmiş Millətlər Təşkilatı:

87 min miyanmarlı müsəlman evlərini tərk etməyə məcbur oldular

0:15 - January 25, 2017
Xəbər sayı: 3481291
BMT-nin humanitar işlər üzərə dəftərxanasının elan etdiyinə görə, indiyədək ən azından 21 min miyanmarlı müsəlman ölkə daxilində öz evindən didərgin düşmüş və 66 min nəfər isə Banqladeşə qaçıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) humanitar işlər üzərə dəftərxanasının həftəlik hesabatında elan etdiyinə əsasən, Myanmarda müsəlmanlar əleyhinə başlanan zorakılıq hadisələrindən sonra indiyədək ən azından 21 min miyanmarlı müsəlman ölkə daxilində öz evindən didərgin düşmüş və 66 min nəfər isə Banqladeşə qaçıblar.

BMT-nin humanitar işlər idarəsinin həftəlik hesabatında deyilir: Myanmarın şimali əyalətlərində BMT-nin humanitar yardım qərargahları yerləşdirilib və didərgin düşmüş müsəlmanlara köməklər göstərirlir, amma Myanmar dövləti hələ də beynəlxalq məsulların bəzi regionlara girişinə icazə vermir.

Myanmar dövləti 1982-ci ildə qərara aldığı qanunda Arakan əyalətinin müsəlmanlarını vətəndaşlıqdan çıxarmışdır. BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) son illərdə verdiyi hesabata görə, Arakan regionunda müsəlmanlar əleyhinə zoraklıq hallarının çoxalması 130 min myanmarlı müsəlmanın öz evindən didərgin düşməsinə səbəb olmuşdur.

Qeyd edək ki, 2012-ci ildən başlayaraq Myanmar müsəlmanları buddistlərin hücumlarına məruz qalıblar və indiyədək çox sayda müsəlman qətliam edilib, yüzlərlə ev və iş yerləri məhv edilib və minlərlə insan didərgin düşmüşdür.

http://iqna.ir/fa/news/3566317


Teqlər: iqna ، myanmar ، arakan ، ruhangiya ، raxina
captcha