IQNA

Əlcəzayir Quran-Kərim idxalı barədə yeni qanun tətbiq edir

8:25 - January 25, 2017
Xəbər sayı: 3481292
Əlcəzayirin baş naziri ölkəyə dini kitablar və Quran-Kərim nüsxələri idxal etmək istəyənlər üçün yeni qanunların tətbiq ediləcəyi barədə xəbər verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əlcəzayirin baş naziri ölkəyə dini kitablar və Quran-Kərim nüsxələri idxal etmək istəyənlər üçün yeni qanunların tətbiq ediləcəyi barədə xəbər verib.

Əbdül-Məlik Səllal – Əlcəzayirin baş naziri, elan edib ki, ölkədə yeni qüvvəyə minən qanuna görə, heç kəs ölkənin dini işlər nazirliyinin rəsmi icazəsi olmadan dini kitablar və Quran- Kərim nüsxələrini ölkəyə idxal edə bilməz.

Yeni qərara alınan qanuna görə, bu qanun layihəsinin tətbiqindən öncə dini kitab idxalı üçün yazılan tələb ərizələrinə də yenidən baxılacaq. Əgər idxal olunan kitabların mətni və məzmunu ölkənin milli və dini vəhdətinin əleyhinə olmazsa, idxal icazəsi veriləcəkdir.

Əlcəzayirin dini işlər nazirliyinin "qiraət komitəsi" idxal olunmaq üçün sifariş edilmiş bütün kitabları araşdırmalı, kitabların mətni və məzmununun ölkənin milli və dini vəhdətinin əleyhinə olub- olmaması barədə rəy verməlidir.

Əlcəzayir dövləti ölkədiki bütün nəşriyyat orqanlarını yeni qanuna əməl etməyə çağırıb və xəbərdarlıq edib ki, qanuna riayət olunmadığı təqdirdə həmin müəssisələrin çap və nəşr icazəsi ləğv ediləcəkdir.

3566138


captcha